18.06.2025, 17:36
AZ EN
19.01.2024, 14:48 337

Ermənistan Qarabağ ermənilərinin sayını şişirdir

YAZILAR
  • Ermənistanın daxili işlər nazirliyi Qarabağdan köçən ermənilərlə bağlı yeni statistika açıqlayıb.

Məlumata əsasən indiyədək 28 min 490 əhaliyə qaçqın statusu verilib. Beləliklə, 36 min erməni Ermənistan hökumətinə qaçqın statusu üçün müraciət edib. Hökumət öz növbəsində təxminən 35 min vəsiqə hazırlayıb. Rəqəmlərdən aydın olur ki, İrəvan Qarabağ erməniləri ilə bağlı rəqəmləri şişirib. Bir neçə ay əvvəl 100 min ermənidən bəhs edən Paşinyan hökuməti indi də özünün açıqladığı rəqəmlə bunu təkzib edir. İrəvan bu siyasəti ilə xarici ölkələri yanıltmaqla yanaşı, onların Azərbaycan əleyhinə addımlar atmasına çalışır.

Ermənilərin son açıqlamaları onu göstərir ki, bu rəqəmlər əslində uydurma rəqəmlərdir.

"Təəssüflər olsun ki, indi bir çox təsisatlar, hüquqi-siyasi qurumlar ermənilərin verdiyi yalan statistikaya istinad edərək iddia edirlər ki, Qarabağda təxminən 120 min erməni yaşayıb və onları mütləq Azərbaycana qaytarmaq lazımdı". Bunu ekspert İlqar Vəlizadə İTV-yə açıqlamasında ifadə edib.

Ekspertin sözlərinə görə, Fransa senatının növbəti absurd qərarı məhz Ermənistan tərəfinin uydurduğu rəqəmlərə əsaslanır".

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər