"Hraparak" xəbər verir ki, bu gün Ermənistan parlamentinin növbədənkənar iclası öz işinə başlayıb. Parlamentin sədri Alen Simonyan deyib ki, bu gün "açıq qapı" layihəsinə görə Ermənistan Avropa Universitetinin tələbələri parlamentin iclasında iştirak edir. Onun xahişi ilə deputatlar tələbələri ayaqüstə alqışlarla qarşılayıblar. Agentlik əlavə edib ki, başqa ali təhsil müəssisələrinin tələbələri belə qarşılanmırdı. Görünür, A.Simonyan bununla Avropameylli olduğunu nümayiş etdirmək istəyib.
Nəsib