- Xəbər verdiyimiz kimi, bu gün İrəvanda bir neçə ölkənin ağırlıqqaldırma üzrə dünya çempionatı başlayıb. Erməni mediasının xəbərlərinə görə açılış zamanı Nikolyan soyadlı bir erməni zalda Azərbaycan bayrağını nümayişkaranə şəkildə yandırıb. Bundan sonra idmançılarımız haqlı olaraq yarışda iştirakdan imtina ediblər və Vətənə qayıtmaq üçün məsələ qaldırıblar.
Bəzi erməni politoloqlar və yazarlar Azərbaycan bayrağının yandırılmasını qınayıblar.
Bu xəbəri öncə “Hraparak” yayıb və olayı qınayaraq əlavə edib ki, bu beynəlxalq ictimaiyyətin qınağı ilə qarşılanacaq, baş nazir Nikol Paşinyanın həmin şəxsi tutduğu vəzifədən azad etməsi isə düzgün qərardır.
N.Qaramanlı