19.10.2024, 02:19
AZ EN
17.02.2023, 15:43 249

Ukraynalılar qalib gələcəklərinə əmindirlər

XƏBƏRLƏR
  • Düz bir həftədən sonra - fevralın 24-də Rusiyanın Ukraynaya "xüsusi hərbi əməliyyat" adı ilə başladığı elan olunmamış ədalətsiz hücumun 1 ili tamam olur. Dünya ictimaiyyəti tərəfindən qəzəblə qarşılanan bu təcavüzdən minlərlə azərbaycanlı əhali də əzab çəkməkdədir. Onların içində Ukraynada minbir əzabla yaratdıqları ev, dolanışıq nöqtəsinin raket, bomba hücumu nəticəsində məhv olması, əlbəttə, ürəkağrısı gətirən olaylar sırasında öndə durur.

Amma bir həqiqət də var ki, dost Ukraynadan həmişə hörmət görən azərbaycanlılar özlərinin maddi itkisinə deyil, möcüzə dolu ölkənin bir çox yaşayış məntəqələrində, o cümlədən iri şəhərlərdəki dağıntılara görə daha çox acıyırlar. Qərbi Azərbaycanın Qaraqoyunlu bölgəsindən atası, babası, babasının atası qaçqın düşərək Bakıya pənah gətirən Elmar isə doğulduğu Ukraynadan Almaniyaya qaçqın düşməsini danışdıqca dünya nizamının pozulmasında "moskalların xüsusi rolu" olduğu həqiqəti insanda kövrək ovqat yaratmaya bilmir.

UNİAN agentliyi isə xəbər verir ki, ölkənin müxtəlif bölgələri yenidən aramsız raket hücumundan dağıntılara məruz qalıb. Ukrayna prezidenti Volodimir Zelenskinin Qərbdən müasir silahlar göndərilməsinin tezləşdirilməsinin vacibliyini yenidən önə çəkərək "Rusiya ilə sülh danışıqları mümkün deyil, o, yalnız silah dilini bilir" deməsi və qalib gələcəklərinə olan inamının daha da artdığını vurğulaması hamının, eləcə də, qaçqın nəticəsi və anası ukraynalı olan yeniyetmənin döyüşə girmək istəyini qüvvətləndirib. Və onlar əmindirlər ki, Ukrayna qalib gələcək.

Nəsib QARAMANLI

Oxşar xəbərlər