18.08.2025, 14:33
AZ EN
18.08.2025, 11:42 409

Fransa ilə Mali arasında gərginlik: Saxlanılan fransız vətəndaşı diplomatik statusa malikdir

XƏBƏRLƏR
  • Fransa Xarici İşlər Nazirliyi Malidə saxlanılan və ölkənin institutlarını destabilizə etməkdə ittiham olunan fransız vətəndaşına qarşı irəli sürülən iddiaları əsassız adlandırıb. Fransız mətbuatının məlumatına görə, saxlanılan şəxs Fransanın Bamakodakı səfirliyinin əməkdaşıdır.

Fransa Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Fransa hökuməti bu məsələ ilə bağlı Mali hakimiyyəti ilə dialoqu davam etdirir və səfirlik əməkdaşının dərhal azad olunmasını tələb edir. Saxlanılan şəxsin kimliyi hələ açıqlanmasa da, Paris onun diplomatik statusunu vurğulayır ki, bu da məsələyə beynəlxalq hüquq baxımından xüsusi həssaslıq gətirir.

Bu hadisə Fransa və Mali hakimiyyətləri arasında gərginliyin artdığı bir dövrdə baş verir. Rəsmi Bamako mütəmadi olaraq Fransanı siyasi müdaxilədə ittiham edir.

Xatırladaq ki, Mali keçid hökuməti cari il avqustun 1-də respublika institutlarının sabitliyini pozmağa çalışan bir şəbəkənin ifşa edildiyini və bəzi şəxslərin saxlanıldığını açıqlayıb. Bu barədə Mali təhlükəsizlik və mülki müdafiə naziri, eyni zamanda, müdafiə nazirinin vəzifəsini müvəqqəti icra edən general Daud Ali Mohammedi televiziyada çıxış edib.

Bildirilir ki, saxlanılanlar arasında Fransa kəşfiyyat xidməti adından fəaliyyət göstərən Vizilye Yann adlı fransız vətəndaşı da var. Onun siyasi liderləri, vətəndaş cəmiyyətinin üzvlərini, eləcə də briqada generalları Abbas Dembeleni və Nema Saqaranı prosesə cəlb etdiyi iddia olunur. (AZƏRTAC)

Oxşar xəbərlər