Makron Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Parisdə keçiriləcək növbəti Oyunların yerini elan etməsinə icazə vermək üçün iyulun 24-dək sənədləşməni yekunlaşdırmaq niyyətindədir.
Bu qərarı dəstəkləməkdən imtina edən Qabriel Attalın müqaviməti ilə üzləşən Prezident Aparatının idman müşaviri Siril Murən hər hansı mümkün kəsiri ödəməyi öhdəsinə götürən rəsmi məktub hazırlayıb. Bununla belə, hökumət təsdiq edir ki, belə bir vəd yalnız hökumətin səlahiyyətlərinə aid maliyyə qanunu vasitəsilə parlament tərəfindən təsdiqlənərs,ə keçərli ola bilər.
Yelisey bu hüquqi təhlili tanımaqla yanaşı, BOK-u inandırmaq üçün dövlət başçısının legitimliyinin kifayət qədər olduğunu deyir.
Yelisey və Matinyon sarayları arasındakı münaqişənin ekoloji, iqtisadi və siyasi tərəfləri var. Q. Attal hesab edir ki, süni qar tələb edən Qış Olimpiya Oyunları Fransanın ekoloji öhdəliklərinə ziddir.
Mövcud qarşıdurmaya baxmayaraq, Fransa Milli Olimpiya və İdman Komitəsinin (CNOSF) prezidenti David Lappartientin artıq Alp dağlarının namizədliyinin elan olunması üçün xüsusi tədbir gördüyü qeyd edilir. (AZƏRTAC)