09.05.2025, 12:30
AZ EN
23.03.2022, 07:00 250

Ukraynalı qaçqınları qəbul edən ölkələrə 3 milyard avro ayrılması təklif olunub

XƏBƏRLƏR

Avropa Komissiyası (AK) Ukraynadan qaçqın qəbul edən Avropa İttifaqı ölkələrinə qurumun büdcəsindən 3 milyard avro ayırmağı təklif edib.

Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Humanitar Forumunda çıxışı zamanı deyib.

“Biz Ukraynadan olan qaçqınları qəbul edən üzv ölkələrimizə dəstək üçün əlavə 3 milyard avro ayırmağı təklif edirik”, - o deyib.

Onun sözlərinə görə, artıq Aİ-yə Ukraynadan təxminən 3,5 milyon qaçqın gəlib və bu, Avropa tarixində onilliklər ərzində ən pis humanitar böhrana çevrilib. (“Report”)

Oxşar xəbərlər