19.10.2024, 09:24
AZ EN
04.01.2023, 09:00 185

Çinin ən böyük şəhəri Şanxayda əhalinin 70 faizinin COVID-19-a yoluxduğu təxmin edilir

XƏBƏRLƏR
  • Şanxayda son bir ayda 20-30 dəfə daha çox yoluxma müşahidə edilib. Bunu Şanxay Ruycin Xəstəxanasının baş həkiminin müavini və şəhərin COVID-19 Məsləhət Şurasının üzvü Çın Arcın Kommunist Partiyasının “Xalq gündəliyi” nəşrinə verdiyi açıqlamada bildirib.

“İndi virus o qədər geniş yayılıb ki, yəqin əhalinin yüzdə 70-inə çatıb. 30 dəfə çox”, - deyə o qeyd edib.

Çın Ruycin Xəstəxanasının Təcili yardım şöbəsinə gündə 1600-dək xəstənin daxil olduğunu, onların 80 faizinin COVID-19 ilə əlaqəli olduğunu söyləyib. Həmçinin COVID-19-a yoluxan xəstələrin təxminən yarısı yaşlılar və immuniteti zəif olan sakinlərdir.

İki ayda 600 min yoluxma qeydə alınıb, xəstələrdən 600-ə yaxını dünyasını dəyişib.

Çinli tədqiqatçılar tərəfindən “Frontiers of Medicine” adlı elmi jurnalda nəşr olunan araşdırmaya görə, Şanxayda payız və qış aylarında analiz edilən 300 nümunənin DNT-sində “Omicron”un 30 alt variantı tapılıb. Bildirilib ki, şəhərdə BF.7 və BA.5.2 subvariantları dominant olub, son iki ayda ABŞ və Avropada yayılan BQ.1 və XBB subvariantları da müşahidə edilib. (AZƏRTAC)

Oxşar xəbərlər