- İstanbulda ermənicə nəşr edilən, "Aros" qəzetinin redaktoru Baqrat Estukyan Türkiyənin "Anadolu ajans" agentliyinə istinadla yazıb ki, Türkiyənin Adıyaman şəhərində Milli İstihbarat Təşkilatı zəlzələ ilə bağlı Ermənistandan göndərilmiş xilasedicilər Arsen Qazaryan və Vahan Surmalyanı soyğunçuluqla məşğul olduqlarına görə saxlayıb və onlara qarşı Hatay bölgəsi prokurorluğu tərəfindən soyğunçuluq maddəsi ilə cinayət işi başlayıb. Türkiyəli erməni jurnalist qeyd edir ki, həmin "xilasedicilər" dağıntılara məruz qalmış binalarda xilasetmə işləri aparmaq əvəzinə qızıl-zinət əşyalarını, pulları, Türkiyənin vətəndaşlarına məxsus pasportları və s. oğurlayıblar.
Xatırladaq ki, Paşinyanın Türkiyəyə kömək məqsədi ilə xilasedicilər göndərəcəyi barədə açıqlamasından sonra erməni mətbuatında xeyli etiraz xəbərləri yayılmışdı. Deputat Geğam Manukyan isə həm parlament iclasında, həm də jurnalistlə söhbətində belə demişdi: "Mən xilasedicilərin sırasında olsam, kimisə xilas etmərəm, başqa hərəkət edərəm". Onun bu qeyri-insani fikirləri ilə bağı şərhdə isə vurğulamışdıq ki, qardaş Türkiyənin hayların köməyinə ehtiyacı yoxdur. Haylar görüntü xətrinə belə addım atır.
Göründüyü kimi, haylar özlərinin vəhşi mentalitetlərini bir daha dünyaya göstərdilər.
Nəsib