Bu fikri Almaniya Kansleri Olaf Şolts Xirosimada keçirilən “Böyük Yeddilik” sammiti çərçivəsində deyib.
"Əgər sülh danışıqları ilə bağlı təkliflər irəli sürülərsə, onların məqsədi dondurulmuş münaqişə əldə etmək olmamalıdır. Rusiya öz qoşunlarını çıxarmalıdır", - deyə Kansler bildirib.
Daha əvvəl “Politico” qəzeti mənbələrinə istinadla yaydığı xəbərə görə, ABŞ hakimiyyəti Ukraynadakı münaqişənin dondurulması ssenarisinə hazırlaşır, o zaman bu münaqişə uzun illər və hətta onilliklər ərzində davam edəcək.
Nəşrin fikrincə, hətta uzunmüddətli planlaşdırma ehtimalının özü də Ukrayna rəhbərliyinin ABŞ-ın Kiyevə yardımı davam etdirəcəyinə inamını sarsıda bilər, xüsusən də bəzi respublikaçıların gələcəkdə Ukraynaya dəstəyi zəiflətmək niyyətində olduğunu nəzərə alsaq. (APA)