Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
O əlavə edib ki, hazırda 105 helikopter, 6 min texnika və 25 min nəfərlik şəxsi heyət yanğınlarla mübarizə aparır.
Türkiyə Prezidenti daha sonra ölkəsinin müdafiə sənayesindəki inkişafından söz açaraq vurğulayıb ki, vəzifəyə gələndə Türkiyə müdafiə sənayesi sahəsində 20 milyard dollarlıq bir potensiala sahib idi, indi isə bu rəqəm 80 milyard dollara çatıb. (Report)