18.10.2024, 20:31
AZ EN
25.09.2023, 07:00 227

Maksim Şevçenko: “Artsax layihəsi”nin bağlanması ermənilər üçün normal real həyat imkanıdır

XƏBƏRLƏR
  • Rusiyalı jurnalist, politoloq Maksim Şevçenkonun fikrincə, “Artsax layihəsi” dünya erməniliyini qlobal oyunçuya çevirmişdi, layihənin “bağlanması” ona külli miqdarda pul və emosiya qoyanlar üçün əsl fəlakətdir.

Bu fikirlərini o özünün  “Max Attacks!” teleqram kanalında paylaşıb. O yazıb: “Qarabağ böhranı” düyününün kəsilməsi ilə dünya erməniliyinin müxtəlif qrupları və onların arxasında duran geosiyasi güc mərkəzləri “ayaq altından torpaq qaçması” vəziyyətinə düşdülər. “Artsax makiyajı” olmadan Ermənistan Türkiyə, İran, Azərbaycan və Gürcüstan arasında sıxışmış, 3 milyona yaxın əhalisi olan, regiondakı strateji uyğunlaşmalara heç bir təsir göstərə bilməyən və ümumiyyətlə, əsas dünya oyunçuları üçün az maraq kəsb edən kiçik bir dövlətə çevrildi.  Geridə qalan yeganə məqam Qərbin və onun marionetlərinin köməyi ilə potensial olaraq Türkiyə və İranın da iştirak etdiyi yeni müharibə zonasına çevrilə biləcək “Zəngəzur dəhlizi” məsələsidir. Amma “üç üstəgəl üç” formatı çərçivəsində (ABŞ və Aİ olmadan) bu məsələ Türkiyə, İran və Rusiyanın maraqlarını təmin edəcək qədər sakit şəkildə (Çinin diqqətli nəzarəti ilə) həll edilə bilər. “Artsax layihəsi” erməniləri qlobal oyunçuya çevirdi. Onun bağlanması külli miqdarda pul və emosiya yatıranlar üçün əsl fəlakət, eyni zamanda ermənilər üçün normal real həyat imkanıdır”.

Rusiyalı jurnalist, politoloq Maksim Şevçenkonun fikrincə, “Artsax layihəsi” dünya erməniliyini qlobal oyunçuya çevirmişdi, layihənin “bağlanması” ona külli miqdarda pul və emosiya qoyanlar üçün əsl fəlakətdir.

Oxşar xəbərlər