Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ermənistanın xarici işlər naziri və Aİ-nin Ali Nümayəndəsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesi barədə danışıblar.
Görüşdə tərəflər Laçın-Xankəndi yolu ətrafındakı son vəziyyət barədə də fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, görüş Ermənistan XİN başçısının Brüsselə səfəri çərçivəsində baş tutub. (APA)