22.09.2024, 05:53
AZ EN
23.01.2023, 21:26 210

Rəsmi Moskva “Qurani-Kərim”in yandırılmasını qəti şəkildə pisləyib

XƏBƏRLƏR
  • Rəsmi Moskva “Qurani-Kərim”in yandırılmasını qəti şəkildə pisləyir.

Rusiya xarici işlər nazirinin vicdan azadlığı sahəsində insan hüquqlarının qorunmasına dair xüsusi nümayəndəsi, səfir Gennadi Askaldoviç Stokholmda “Qurani-Kərim”in yandırılması ilə əlaqədar bəyanatı yayılıb. Sənəddə qeyd olunur ki, rəsmi Moskva “Qurani-Kərim”in yandırılması kimi yolverilməz və təxribat xarakterli aksiyanı qəti şəkildə pisləyir.

Onun sözlərinə görə, bu, radikalların İslama qarşı hücumudur. “Bu cür cinayətkar əməlləri pisləyir və rədd edirik. Radikallara qarşı tədbirlər görülməsinə çağırırıq”, - deyə bəyanatda bildirilir. (AZƏRTAC)

Oxşar xəbərlər