Bu barədə bazar günü Əfqanıstanın Qaçqınlar və Repatriasiya Nazirliyi məlumat yayıb. Nazirlikdən bildiriblər ki, xarici ölkələrdə 7 milyon qaçqın və Əfqanıstanda 3 milyon məcburi köçkün var.
Əfqan mühacirlərin və geri qayıdanların üzləşdiyi problemləri həll etmək üçün nazirlik bu müddət ərzində tərəfdaş təşkilatlar, 7 agentlik və 14 təhsil müəssisəsi ilə 93 anlaşma memorandumu imzalayıb. Ölkə daxilində məcburi köçkün düşmüş 788 mindən çox əfqan ailəsi və xaricdən vətənə qayıdan ailələr beynəlxalq humanitar təşkilatların köməyi ilə maliyyə vəsaiti, ərzaq və qeyri-ərzaq malları alıb. (AZƏRTAC)