Ümumdünya Səhiyyə Təşkilatının yaydığı tövsiyədə deyilir: “Biz SARS-CoV-2 simptomları olanlar üçün 10 günlük, simptomları olmayanlar üçün isə 5 günlük təcrid təklif edirik”. Təşkilat karantin müddətini azaltmaq üçün sürətli antigen testlərindən istifadəni təklif edir.
Tövsiyələr 2799 nəfərin iştirak etdiyi 12 tədqiqatın nəticələrinə əsaslanır. (AZƏRTAC)