19.10.2024, 12:40
AZ EN
08.11.2022, 10:50 261

Ararat Qriqoryan: “Qərargah rəisi nə deyir-desin...”

XƏBƏRLƏR
  • Cermukda (Dərələyəz mahalı, İstisu şəhəri) sakitlikdir, lakin buradakı mövqelərdən neçəsi Azərbaycanın nəzarətindədir – bunu Müdafiə Nazirliyindən soruşmaq lazımdır. Bunu “Vayots Dzor” mərzinin qubernatoru Ararat Qriqoryan parlamentdə jurnalistlərlə söhbətində deyib.

A.Qriqoryan bəyan edib ki, onların məlumatına görə, Azərbaycan bölmələri Cermuk şəhərinin kənarında qalır, lakin onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəziyyətə daha yaxşı nəzarət edir.

“Bizdə olan məlumata görə, onlar orada qalmaqdadırlar, lakin Baş Qərargah rəisi daha məlumatlıdır, çünki onlarda bütün imkanlar var - kəşfiyyat vasitələri və s. Baş Qərargah rəisi geri çəkildiklərini deyibsə, o zaman... Bütün hallarda biz onları görürük, Cermukdan görə bilərsiniz”, - Vayots Dzor qubernatoru bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Astrian Azərbaycan qüvvələrinin Cermukdan geri çəkildiyini əminliklə bildirmişdi.

Oxşar xəbərlər