Bu sanksiyaya Ermənistanın sənaye xammalı, kimyəvi reaktivlər və laborator avadanlıq tədarükü ilə məşğul olan "Medisar" şirkəti də məruz qalıb.
Ermənistanın ABŞ-ın milli təhlükəsizliyinə və ya xarici siyasət maraqlarına zidd fəaliyyət göstərməyə cəhd edənlərin daxil olduğu ABŞ-ın “qara siyahısı”na düşməsi ilk dəfə deyil. ABŞ-ın Ticarət, Maliyyə və Ədliyyə Nazirliklərinin bu ilin əvvəlində açıqladığı üçtərəfli sənəddə Ermənistanın qanunsuz olaraq Rusiya və ya Belarusa malları yönləndirdiyi və bununla da sanksiyalardan yayındığı üzə çıxıb.
Xatırladaq ki, martın 1-də bu nazirliklər milli təhlükəsizliyə və ABŞ-ın xarici siyasət maraqlarına zidd hərəkətlər edən 37 şirkətə məhdudiyyətlər qoyub. (Trend)