31.07.2025, 08:00
AZ EN
30.07.2025, 12:44 208

Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verib

XƏBƏRLƏR
  • Türkiyə Prezidenti Rəcəb Ərdoğan Qazaxıstan lideri Kasım-Jomart Tokayevə “Dövlət Nişanı” təqdim edib.

Mərasimdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın prezidenti Tokayevin liderliyi ilə bölgədə güclü bir dövlətə çevrildiyini bildirib.

Qeyd edək ki, “Dövlət Nişanı” Türkiyə Prezidenti tərəfindən verilən ən yüksək dövlət mükafatıdır. Bu medal Türkiyə ilə öz dövlətləri arasında dostluq münasibətlərini inkişaf etdirən və xalqlar arasında yaxınlaşmanı təşviq edən ölkələrin dövlət başçılarına, prezidentlərinə verilir.

Azərbaycan Prezidenti İlham Əliyevə isə Türkiyənin ən yüksək medalı 2013-cü ildə təqdim olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər