22.11.2024, 15:47
AZ EN
18.08.2024, 08:36 182

Makron impiçmentlə hədələnib

XƏBƏRLƏR
  • İfrat solçu “Fəth olunmamış Fransa” Partiyası Beşinci Respublikanın prezidenti Emmanuel Makrona qarşı impiçment prosedurunu başlamağa hazırdır.

Telekanalın məlumatına görə, siyasi qüvvələr Fransa liderini demokratiyaya xəyanətdə və öz namizədini yeni baş nazir təyin etməkdən imtinasına görə institusional çevrilişdə ittiham ediblər.

“Fəth olunmamış Fransa” Makronu tutduğu vəzifədən məhrum etmək üçün bütün konstitusiya vasitələrindən istifadə etməklə hədələyir. Partiya qeyd edib ki, onlar prezidentin demokratiyanın əsas qaydasına məhəl qoymamaq cəhdinə göz yummaq fikrində deyillər - hər şey xalqın səsi ilə müəyyən edilir”, - bəyanatda deyilir.

BFMTV qeyd edib ki, “Fəth olunmamış Fransa” parlament seçkilərində qalib gələn solçu qüvvələr blokunun bir hissəsidir. Telekanal vurğulayıb ki, buna baxmayaraq, Makron hökuməti idarə etmək üçün parlamentdə kifayət qədər dəstək qazana bilməyəcəyini nəzərə alaraq, partiyanın baş nazirliyə namizədini dəstəkləmir.

“Dövlət başçısının qərarı demokratiyaya qarşı institusional çevriliş kimi səciyyələndirilə bilər”, - “Fəth olunmamış Fransa”dan bildirilib. (Report)

Oxşar xəbərlər