“The İndependent” agentliyi xəbər verir ki, hökumət mehmanxanalarda yaşayan 8 min Əfqanıstan vətəndaşına ölkəni tərk etmək üçün avqustun sonunadək vaxt verib. Ölkədən çıxarılan əfqanlar vaxtilə İngiltərə hökuməti tərəfindən sığınacaq verilənlərdir. Son dəstə buraya 2021-ci ildə Əfqanıstanda baş verən məlum hadisələrdən sonra pənah gətirib və onların arasında xeyli sayda azyaşlı uşaq var. Onlar mehmanxanalarda dövlətin hesabına yaşayırlar.
Böyük Britaniya hökuməti bu aksiyanın başladılmasını ölkədə kəskinləşən mənzil böhranı səbəbi ilə izah edib.
Ölkə ictimaiyyətinin bəzi nümayəndələri bu aksiyaya etiraz edərək, vaxtında ingilislərin həyatını xilas edən əfqanlara qarşı bu münasibəti ədalətsiz adlandırıblar. (AZƏRTAC)