O qeyd edib ki, beynəlxalq hüquq normalarını pozaraq bəşəriyyətə qarşı cinayət törədən düşmənə qarşı Azərbaycanın yazdığı bu tarixi dastanı, dünyanı heyrətə gətirən, vətənin müdafiəsi zamanı fövqəlbəşəri fədakarlığı, qəhrəmanlığı, vətən, millət sevdasını gələcək nəsillər də unutmayıb, şərəf və minnətdarlıqla yad edəcək.
“Sevinci sevincimiz, dərdi dərdimiz olan Can Azərbaycanın 8 Noyabr- Zəfər Gününü ürəkdən təbrik edirik.
Qarabağın azad edilməsi üçün canını fəda edən 10 aylıq Narinimiz və 1 yaşındakı Mədinəmiz ilə birlikdə bütün mülki və əsgər şəhidlərimizə rəhmət, bu yolda qanını tökən əsgər və qazilərimizə də sağlamlıq diləyirik.
Şanlı Vətən Azərbaycan, üçrəngli bayrağınla dünya durduqca var ol, daim yaşa”, - deyə Y.Topçu əlavə edib. ("Trend")