İrəvanda başlayan azsaylı etirazdan sonra Xankəndində Qarabağ klanının təşəbbüsü ilə başlayan etiraz mitinqi daha izdihamlı olmuşdu. Axçamdan xeyli keçmiş “Dirçəliş” meydanına toplaşan ermənilər separatçıların rəhbərləri Araik Harutunyanı və Vitali Balasanyanı xalqın qarşısına çıxaraq Praqa görüşləri ilə bağlı fikirlərini bildirməyi tələb ediblər. Bu, ilk növbədə, adi görünsə də, məntiqi baxımdan təkcə sadə ermənilərin deyil, həm də siyasətlə məşğul olan ermənilərin reallıqdan və sağlam düşüncədən çox uzaqda olduqlarını göstərir. Çünki nə Praqada, nə də digər görüşlərdə Araik kimi terrorçu, separatçı ünsürün hansı mövqedə olduğu heç kəsi maraqlandırmır və bu loğva separatçının nə vaxtsa Azərbaycanın ədalət məhkəməsi önündə dayanacağı da mütləqdir. Belə olduğu halda, meydana toplaşıb ondan nəyinsə izahını tələb eləmək isə gülüncdür. “Hraparaq” informasiya agentliyinin təqdim etdiyi videoçarxda danışan ermənilərin sözləri isə deməyə tam əsas verir ki, ermənilərin, doğrudan da, əksəriyyəti psixoloji xəstədir və müharibə istəməklə özlərini məhv etmək istəyirlər.
Nəsib QARAMANLI