Bu barədə Rusiya lideri mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tərəflər arasında görüşün hələ Türkiyədəki seçkiöncəsi gerçəkləşdirilməsi planlaşdırılsa da, sonradan məqsədəuyğun hesab edilməyib:
“Razılaşdıq ki, görüşəcəyik, ya o bizə gələcək, ya da mən onun yanına gedəcəyəm – baxacağıq”, - Putin deyib.
Dövlət başçısı əlavə edib ki, Ərdoğan onu hələ seçkilərdən öncə dəvət edib, lakin mümkün “spekulyasiya” səbəbindən bunu etməmək qərarına gəlib:
“Bu, nə ona, nə də mənə lazım deyil. Biz görüşümüzü başqa vaxta təyin etmək qərarına gəldik, lakin biz bunun harada, yəni ya bizdə, ya da Türkiyədə olacağını hələ aydınlaşdırmamışıq”. (Report)