21.11.2024, 20:10
AZ EN
10.04.2022, 09:00 420

Ukraynada hazırda 7,1 milyon məcburi köçkün var

XƏBƏRLƏR

Ukraynadakı müharibə köçkünlüyün və humanitar böhranın tarixdə indiyədək görünməmiş sürətlə artmasına səbəb olub. Altı həftə ərzində 4,3 milyondan çox insan ölkədən qaçıb, 7,1 milyon nəfər isə ölkə daxilində didərgin – məcburi köçkün düşüb. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Məlumatda bildirilir ki, müharibə başlayandan bəri ukraynalıların ən çox üz tutduğu ölkə Polşadır. İndəyək burada 2,5 milyondan çox qaçqın  qəbul edilib.

Oxşar xəbərlər