Amerikalı milyarder, SpaceX və Tesla şirkətlərinin qurucusu, bu yaxınlarda “Twitter”in direktorlar şurasına daxil olan İlon Mask şirkətin gələcəyi ilə bağlı yeni təkliflə çıxış edib. Bu barədə RİA “Novosti” məlumat yayıb.
Məlumatda bildirilir ki, İlon Mask şirkətin San-Fransiskodakı baş ofisini evsizlər üçün sığınacağa çevirməklə bağlı sosial şəbəkədə sorğu keçirib. Səsvermədə iştirak edən 1,8 milyon istifadəçinin 91%-dən çoxu bu ideyanı dəstəkləyib, 8,6%-i isə əleyhinə çıxıb.