Nikol Paşinyan öz “oyun”unu imkanlarını hesablamadan aparıb, buna görə də 2020-ci ildəki faciə baş verib. “NEWS.am”ın məlumatına görə, bunu erməni siyasi təhlilçi Argişti Kiviryan deyib.
O bildirib ki, 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş komanda daim anqlo-saks maraqlarına xidmət edib. “Moskvanın sonradan bu komandanı onun əleyhinə addımlar atmaqdan çəkinməyə məcbur etdi. Əgər kimsə sənin hakimiyyətə gəlməyinə kömək edibsə və sən ona xidmət göstərirsənsə, deməli, Moskvanın zəiflədiyi zaman sən yenidən öz xəttini davam etdirəssən. Son günlər erməni tərəfinin hərəkətlərində biz bunu aydın görürük. Mən son günlərdəki iki qlobal faktı qeyd edərdim ki, bunların Rusiya əleyhinə olduğu aşkardır”. A.Kiviryan Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırıılması məsələsi ilə bağlı səsvermədə Ermənistanın iştirak etməməsini və Nikol Paşinyanın Rusiya sülhməramlılarının “hərəkəti və hərəkətsizliyi” barədə bəyanatını belə faktlar hesab edib.
Digər erməni siyasi təhlilçi Vigen Akopyan isə diqqəti Fərruxda baş verən hadisələrdən sonra sülhməramlıların fəaliyyətinin araşdırılması barədə Paşinyanın bəyanatı barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sərt mövqeyinə yönəldib. Lavrov deyib ki, bu bəyanat nə erməni xalqının, nə də hökumətinin rəyini ifadə edir. Araşdırma mövzsunu daim səsləndirən isə Nikol Paşinyandır. O deyib: “Bu, illah da, geosiyasi problemlər girdabında olduğu bir vaxtda sülhməramlıların fəaliyyətinin şübhə altına alınması Rusiyanı çox əsəbiləşdirir”.