22.12.2024, 13:08
AZ EN
19.04.2024, 16:57 208

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

XƏBƏRLƏR
  • Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə müsahibəsində bildirib. O deyib: “Bunun iki ay davam edəcəyini vəd etdilər, indi bu missiya (Aİ-nin Ermənistandakı missiyası) müddətsizdir. Orada artıq kanadalılar da var, NATO-nun digər ölkələri də onun tərkibinə daxildir. Bu, artıq Avropa İttifaqının deyil, NATO-nun missiyasıdır”.

Lavrov, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putin ilə görüşünün anonsunu da verib. Rusiyalı nazir qeyd edib: “Münasibətlərimizin keçmişi və indiki vəziyyəti qiymətləndirilməlidir. Ümidvaram ki, bunun (Ermənistan-Rusiya münasibətlərinin –red.) bizim Qərbdəki bədxahlarımızın ötürdüyü arqumentlər olmadan müzakirə ediləcəyi Prezidentlə təmaslar olacaq”. (AZƏRTAC)

Oxşar xəbərlər