Şərq əyalətinin valisinin köməkçisi Əbdürrəhman Çələbinin sədrliyi ilə keçirilən müzakirələrdə iştirak edənlər Sovet İttifaqı dövründə tikilmiş köhnəlmiş atom elektrik stansiyasının yaratdığı risklərə diqqət yetiriblər.
Türkiyə ilə sərhəddən cəmi 16 km aralıda yerləşən AES-də baş verəcək qəza ssenarisinin müzakirələri zamanı küləyin radioaktiv hava kütlələrini sürətlə Türkiyə ərazisinə yaya biləcəyi və bunun sərhəd əyalətlərinin əhalisi üçün ciddi təhlükə yarada biləcəyi qeyd edilib.
Ermənistanda təbii fəlakətin olacağı təqdirdə atılacaq prioritet addımların siyahısı müəyyən edilib, əhalinin mühafizəsində səhiyyə strukturlarının rolunun əhəmiyyəti vurğulanıb. (AZƏRTAC)