16.04.2024, 13:56
AZ EN
21.03.2023, 09:50 138

21 mart Beynəlxalq Poeziya Günüdür

XƏBƏRLƏR
  • Dünya Poeziya Günü 1999-cu ildə UNESCO Baş Assambleyasının 30-cu sessiyasında təsis edilmişdir.

Məclis nümayəndələri bu bayramı yaz bərabərliyi gününə uyğun olaraq hər il 21 martda qeyd etmək qərarına gəlmişlər.

Dünya Poeziya Günün məqsədi milli, regional və beynəlxalq poetik hərəkata yeni impuls vermək və dünyadakı dil müxtəlifliyini təşviq etmək və yox olmaqda olan dilləri poeziya vasitəsilə dəstəkləməkdir.

Azərbaycanda “Dünya Poeziya Günü” 2007-ci ildən etibarən qeyd olunur. Məqsəd poeziya sənətini təbliğ etmək, şeiri insanlara sevdirmək, xalqları ədəbiyyatın bu janrı ilə bir-birinə yaxınlaşdırmaqdır.

Bilsin ana torpaq, eşitsin vətən,

Müsəlləh əsgərəm mən də bu gündən

Bu gün 20-ci əsr Azərbaycan ədəbiyyatının ən böyük şairlərindən biri, yaradıcılığı hər birimizin dillər əzbəri olan, məktəb illərində bütün poema və şeirlərini sevə-sevə öyrəndiyimiz, şeirləri ilə hər birimizdə həm şeirə, həm də Vətənə böyük sevgi aşılayan 50 il ömür sürməsinə baxmayaraq 100 illik yaradıcılıq qoyub gedən ölməz Səməd Vurğunun doğum günüdür. Ona görə ölməz deyirəm ki, nə qədər şairin əsərləri dillər əzbəridir, nə qədər ki, Azərbaycan xalqı yaşayır, nə qədər ki, hamımızın dillər əzbəri olan Azərbaycan şeiri yaşayır söz sərrafı, söz ustadı görkəmli şair Səməd Vurğun da yaşayacaqdır.

El bilir ki, sən mənimsən

Yurdum, yuvam məskənimsən,

Anam doğma vətənimsən,

Ayrılarmı könül candan,

Azərbaycan, Azərbaycan!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər