Kitabxanadan bildirilib ki, vəsaitdə ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı, bu tarixi hadisə ilə bağlı giriş məqaləsi və kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair metodik tövsiyələr verilib.
Metodik vəsait ilə tanış olmaq istəyənlər https://www.anl.az/down/Konstit.suverenlik.pdf linkindən istifadə edə bilərlər.
Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən tarixi bir hadisədir. Bu qərar milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addım olmaqla yanaşı, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir. (AZƏRTAC)