Kitab ekspozisiyasının, həmçinin diskussiya və təqdimat platformalarının əsas mövzusu İkinci Dünya müharibəsində Qələbənin 80 illik yubileyi olacaq. Bununla yanaşı, ziyarətçiləri və iştirakçıları zəngin işgüzar və mədəni proqramlar gözləyir.
Sərgidə nəşriyyatlar və kitab ticarəti firmaları, poliqrafiya müəssisələri, kitab nəşri üzrə beynəlxalq və milli assosiasiyaların nümayəndələri iştirak edəcəklər.
Tədbirin tam proqramı yaxın vaxtlarda açıqlanacaq. (AZƏRTAC)