21.11.2024, 18:31
AZ EN
03.11.2024, 08:34 146

Jan-Pyer Günyüt: “Sarı gəlin” hamını ağlatdı

XƏBƏRLƏR
  • Biz əvvəldən Azərbaycan səfirliyinin gözəl konsertlər təşkil etməsinə öyrəşmişik. Amma bu axşam həqiqətən xüsusi konsert idi. Səfirin bu axşamı sülh notu üzərində qurmasını da yaxşı başa düşürəm.

Bu fikirləri Parisdəki səfirliyimizin Azərbaycanın Zəfər Günü münasibətilə təşkil etdiyi tədbirdə Fransanın Azərbaycanda ikinci səfiri olmuş Jan-Pyer Günyüt deyib.

“Konsert möhtəşəm idi. Konsertin üzərində dayanacağam, musiqi Azərbaycan mədəniyyətinin dərinliklərini əks etdirir. Pianoçu və bu qrupun musiqisini eşitmişəm. Musiqiçilərin öz aralarındakı dialoqu göstərir ki, onlar həqiqətən də müasirlik axtarışındadırlar. Bu, əla idi.

Muğamı sevənlər üçün əsrarəngiz ifa idi. “Arşın mal alan”dan olan ifa müəyyən dəyişikliklər olsa da, əsas məqam saxlanılıb. “Sarı gəlin” hamını ağlatdı. Digər musiqilər də yaxşı idi, zövq oxşayırdı. Muğam dünya musiqisinin incisi, özəyidir.

Musiqi estetikasından məlumatı olanlar burada Azərbaycan musiqisinin mənəvi köklərini hiss edirdi. Azərbaycan musiqisini tanımaqdan çox məmnunam. Belə gözəl musiqini dinləmək böyük zövq və məmnuniyyətdir”, - deyə J.-P.Günyüt bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər