Ancaq sonralar A.Qasımov Bakıda muğam məktəbinin tanınmış və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında Alim ilk dəfə muğam müsabiqəsində müvəffəqiyət qazanıb. O vaxt o, muğam sənətinin, xüsusilə də "tarab" janrının araşdırmaları ilə də məşğul olurdu.
1989-cu ildən Alim Qasımov Mənsurov qardaşlarıyla çıxış eləməyə başlamış, tarzan Camal və kamança çalan Elşən ilə arada Alim Qasımov özü də dəf çalardı.
Doqquz albomu işıq üzünə çıxan Alim Qasımov hər bir musiqi sənətkarının nail olmağa çalışdığı mükafata layiq görülüb. 1999-cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını alıb.
Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq mədəniyyətimizin dünyaya yayılması üçün böyük bir rol oynayıb.
Alim Qasımov ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında dörd azərbaycanlıdan biri olub.
O, 2012-ci ildə Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.
2014-cü ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.
Alim Qasımov "Aşıq Qərib" və "Qəzəlxan" filmlərində rol alıb. "Doğma sahillər", "Bəxtəvər", "Gecə qatarında qətl", "40-cı qapı" kimi filmlərdə isə xanəndənin ifasından istifadə olunub.
Hazırladı: Mina RƏŞİD