17.06.2025, 10:14
AZ EN
30.05.2024, 09:48 386

Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbinin 55 illik yubileyi qeyd olunub

XƏBƏRLƏR
  • Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbinin 55 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub. Konsert proqramında məktəblilər tərəfindən musiqilər səsləndirilib, çılxışlar olub.

Qeyd edək ki, 1969-cu ildə Qubadlı ziyalılarının təşəbbüsü ilə Qubadlı rayonunda Uşaq musiqi məktəbi öz fəaliyyətinə başlayıb. Məktəb fəaliyyətə başladığı ildə fortepiano,  tar, qarmon və xanəndəlik sinifləri üzrə 40 şagird və 6 müəllim heyətindən ibarət olub.

1994-cü ildə məktəbə Qubadlı rayonunun müdafiəsində yaxından iştirak edərək qəhrəmancasına şəhid olmuş Əbülfəz Bəbir oğlu Mehdiyevin adı verilib.  Qubadlı şəhər Uşaq musiqi məktəbi 1993-cü ildə rayon işğal olunduqdan sonra Sumqayıt şəhər Səid Rüstəmov adına  3 saylı İncəsənət məktəbində məskunlaşaraq məktəbin yardımçı binasında fəaliyyətini davam etdirməyə başlayıb.

2021-ci il sentyabrın 29-da Abşeron Rayon Stasiya Sumqayıt ərazisində salınmış şəhərcikdə inşa olunmuş musiqi məktəbinin binasına köçürülüb. Hal-hazırda  29 müəllim müxtəlif ixtisaslar üzrə 131 şagirdə musiqi təhsili verir.

2024-cü ildə Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbinin yaranmasının 55 ili tamam olur.

Uşaq musiqi məktəbinin didektoru, İlkin Bəhrəmli:

-1969-cu ildə Qubadlı ziyalılarının təşəbbüsü ilə rayonda  Uşaq musiqi məktəbi yaranmışdı. Bu il Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbinin 55  illik yubileyi qeyd olunur. Məktəbimiz yarandığı gündən ölkəmizin mədəni həyatından yaxından iştirak etmişdir. Məktəbimizin şagirdləri bu gün də Respublika müsabiqələrində, beynəlxalq müsabiqələrdə yaxından iştirak edirlər və həmin müsabiqələrdən  qalibiyyətlə ayrılırlar.

Qubadlı şəhər Uşzaq musiqi məktəbi fəaliyyətə başladığı dövrdən bu günə qədər gənc nəsllərin estetik və mənəvi həyatının inkişafında xüsusi rol oynamışdır. Bu illər ərzində onlarla istedadlı tanınmış musiqiçi və sənət adamlarının  yetişdirilməsində Qubadlı şəhər Uşaq musiqi məktəbinin böyük xidməti vardır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər