Aşıq Kamandar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olub.
O, 1987-ci ildə Tbilisidə keçirilən beynəlxalq Xalq yaradıcılıq festivalında ən mahir musiqiçi kimi laureat olub.
Tanınmış sənətkar 72 saz havasını böyük ustalıqla ifa edirdi. Ustad aşıq bir neçə saz havasının yaradıcısıdır. ("Fəxri”, "Qaragöz balam", "Doğma Gürcüstanım").
Onun ifasında 34 dastan audo, video kasetlərə yazılmış və sənətsevərlərə çatdırılmışdır.
Aşıq Kamandarın Azərbaycan və Gürcüstan teleradio şirkətlərinin qızıl fondunda çoxlu lent yazıları saxlanılır.
Ustadın anadan olmasının 60 və 65 illik yubleyləri Gürcüstanda və Azərbaycanda hökumət səviyyəsində qeyd olunmuşdur. Gürcüstan prezidentinin fərmanı ilə anadan olmasının 65 illiyi şərəfinə ona “Şərəf ordeni” verilib.
Ulu ozan sənətinin azmanı Aşıq Kamandar 2000-ci il oktyabrın 26-da uzun sürən xəstəlikdən sonra vəfat edib. Allah rəhmət eləsin.
Mina RƏŞİD