Bakıda keçirilən bu festivalda Türkdilli ölkələri və Qaqauz eli Sinemaçılarının çəkdiyi filmlər göstərilib.
Bu, Türkdilli film yaradıcıları arasında bağları dərinləşdirməyə önəmli qatqı verəcək töhfədir.
Mərasimdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, rəsmi şəxslər, Türk dünyasının tanınmış sənət adamları və digər qonaqlar iştirak ediblər. Tədbirdən əvvəl Arzu Əliyeva Mərkəzdə Milli geyimlər və Azərbaycanda klassik аilmlərin posterləri olan sərgi ilə tanış olub.
Türkiyənin Mədəniyyət və Turizm Nazirinin müavni Batuhan Mumçu:
-Böyük Türk dünyası üçün “Qorqut Ata” Türk Dünyası Film Festivalı böyük önəmə sahibdir. İlk dəfə ölkədən kənarda və qardaş ölkə Azərbaycanda düzənlənir. Təbii ki, biz çox mutluyuq burda olmaqdan. Böyük Türk Dünyasının bu festivalı bu tərz kültür festivallarının içərisində olmaqdan məmnuniyyət duyuruq. İnşallah, sonrakı illərdə digər dövlətlərdə də davam edəcək. Önümüzdəki ildə Türkmənistanda olacaq. Orda da birlikdə olacağıq. Burda olduğumuza görə çox mutluyuq. Cənab Prezident İlham Əliyevə çox təşəkkür edirik.
Bağlanış mərasimi Festivala həsr olunan video-çarxla başlayıb. TÜRKSOY-un baş katibi Sultan Raev qonaqları salamlayıb təəssüratlarını bölüşərək III “Qorqud Ata” Türk Dünyası Film Festivalının türk dünyasını filmlərini tanıtmaq üçün böyük bir fürsət olduğunu vurğulayıb. O, çıxışının sonunda TÜRKSOY-un xüsusi mükafatını Xalq artisti Fəxrəddin Manafova təqdim edib.
Mərasimdə iştirak edən Ramiz Rövşən qeyd edib ki, Vətən müharibəsinin qələbəsindən sonra mən düşünürəm ki, bu mədəniyyətin qələbəsi olmalıdır. Elə bilirəm ki, bu festival onun nümunəsidir. Eyni zamanda bu sevginin içində də bir-birimizi yaxından tanımaq, mədəniyyətinizi, ədəbiyyatımızı daha yaxından öyrənmək imkanı yaradacaq və bir-birimizi tanıdılqca daha çox sevəcəyik.
Daha sonra sənədli və bədii filmlər müsabiqəsi üzrə münsiflər heyəti qonaqlara təqdim olunub. Türk Dünyası kinemotoqrafiyasına verdiyi töhfələrə görə Hocaqulu Narlıyev, Mayagözəl Aymedova, Çarlıyar Seyidli, (hər üçü Türkmənistan), Serdar Gökhan, Metin Günay (hər ikisi Türkiyə), Həmidə Ömərova, Oqtay Mirqasımov, Orman Əliyev, Ağasi Məmmədli (hamısı Azərbaycan), Firdavs Abduxalikov (Özbəkistan) və Azamat Satıbaldı (Qazaxıstan) və digərləri fəxri mükafatla təltif olunublar.
“Jambıl” filminə görə qazaxıstanlı aktyor Dosjan Janbotayev, “Hep 33 yaşında” filminə görə türkiyəli rejissor Murat Pay jürinin xüsusi mükafatına layiq görülüb.
“Ən yaxşı aktyor” nominasiyası üzrə mükafatı Türkmənistandan olan aktyor “Qızıl alma” filmindəki baş roluna görə Ahmed Amandurdiyev, “Ən yaxşı aktrisa” nominasiyası üzrə mükafatı isə həmyerlimiz Təhminə Rafaella (“Məryəm”) qazanıb.
Ahmed Amandurdiyev təəssüratlarını bölüşərkən deyib: “Bu festivalda “Qızıl alma” filmədə canladırdığım baş rola görə ən yaxşı aktyor nominasiyası üzrə qalib oldum. Bu mükafatı almaq mənim üçün qürur və fəxrdir. Azərbaycan dövlətinə təşəkkür edirəm. 2024-cü ildə Türkmənistanın Anev şəhərində görüşmək arzusu ilə.
Eyni zamanda “Ən yaxşı ssenari” nominasiyasında Özbəkistanda çəkilən “Abdulla Oripov” filmi, “Ən yaxşı rejissor” nominasiyasında isə Qırğızıstandan Zhuraeva Asel Talibzhanovanın “Tanrıverdi” filmi qalib olub.
“Ən yaxşı sənədli film” nominasiyasına isə “Mənim dairəm” (Özbəkisan), 2-ci mükafat “Arqau” (Qazaxıstan), 1-ci və əsas mükafata isə “Sonuncu” (Azərbaycan) filmləri layiq görülüb.
Həmçinin “Ən yaxşı bədii film” nominasiyasında “Yıldız tozu” (Türkiyə, rejissor Ahmet Sönməz) filmi qalib olub. Mükafat Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tərəfindən təqdim edilib.
Mükafatlandırma mərasiminin sonunda Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bildirib ki, növbəti (Dədə Qorqud) “Qorqud Ata” festivalının Türkmənistan Anev şəhərinə ötürülməsi və orada keçiriləcəyini simvolizə edən “Durna quşu” mükafatı Türkmənistan Respublikasının nümayəndəsinə təqdim edib.
Sonda isə Dədə Qorqud dastanının motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.
Hazırladı: Tahirə AĞAMİRZƏ