26.04.2024, 20:34
AZ EN
04.06.2022, 07:20 316

Professor Hidayət Cəfərovun rus dilində nəşr olunan “Qarabağın qədim hökmdar kurqanları” kitabı işıq üzü görüb

XƏBƏRLƏR
  • “Elm” nəşriyyatında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi Şurasının qərarı ilə professor Hidayət Cəfərovun rus dilində “Курганы древних правителей Карабаха” (“Qarabağın qədim hökmdar kurqanları”) adlı kitabı çapdan çıxıb.

AMEA-nın mətbuat xidmətindən bildirilib ki, kitabda müəllif tərəfindən Qarabağ ərazisində 1982, 1985, 1986-ci illərdə tədqiq edilmiş möhtəşəm dəfn abidələri olan Borsunlu (e.ə XIV-XIII əsrlər), Sarıçoban (e.ə. XII-XI əsrlər), Bəyimsarov (e.ə X-IX əsrlər) kurqanlarında aparılan arxeoloji tədqiqatların nəticələrindən bəhs olunur.

Sinifli cəmiyyətin meydana çıxdığı dövrdə bir neçə tayfanı birləşdirən güclü, iri tayfa ittifaqları yaranmış və bunun nəticəsi kimi hakimiyyətin bütün qolları bir şəxsin əlində cəmlənmişdi. Bəzi mütləq hökmdarlar geniş ərazilərə nəzarət edir, hakimiyyətləri dövründə böyük etnik-mədəni birlikləri öz nəzarəti altında saxlaya bilmişdilər.

Kitab arxeoloq, etnoqraf, tarixçi, digər elm adamları və tələbələr üçün nəzərdə tutulub. (AZƏRTAC)

Oxşar xəbərlər