20.04.2025, 06:03
AZ EN
21.09.2023, 16:34 418

Bu gün Nurəngiz Günün doğum günüdür

XƏBƏRLƏR

Əl çəkin! Qırın hərbin belini!

Dağıdın təbilini siz onun!

Doğrayın müharibə sözünü,

Siliniz lüğətlərdən!

İnsanı düşünün! Ürəksiz Məliklər!

Dünya Kələkbazları!

                        Dü-şü-nünn!!!..

Dünya yalnız sizin deyil!

                  Düşünün!!!!!!

Düşünməyə çox dəyər!....

 

  • Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı,  “Xocalı simfoniyası”ı poemasının müəllifi, şair, diktor Nurəngiz Günün (Nurəngiz Quliyeva) doğum günüdür. O, 1938-ci il sentyabrın 21-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbini, ADİU-ni bitirib. 1981-ci ildə "Ulduz" jurnalında dərc edilən "Tanrı" povesti ilə tanınıb.

Nurəngiz Gün bir müddət Azərbaycan televiziyasında diktor kimi fəaliyyət göstərib. "Var olun qızlar" bədii filmində çəkilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləyib.

Nurəngiz xanımın yaradıcılığında ən çox diqqəti cəlb edən məqam onun yalandan, riyadan uzaq olması, həqiqəti yazmasıdır. Daxilən azad bir söz adamı olan Nurəngiz Gün bütün əsərlərində, hətta ən kiçik şeirlərində belə sərbəstdir, səmimidir. O, cəmiyyətdə baş verən naqislikləri, əyintiləri daxili intellektual bir narahatlıqla, bir vətəndaş həssaslığı ilə ürəyindən qələminə köçürərək onları oxucuya təqdim etməyi bacarıb.  Nurəngiz Günün eyni adlı poeması əsasında “Xocalı simfoniyası” filmi çəkilib.

Onun "Günəşə dua", "Yol gedirəm", "Xocalı simfoniyası" adlı kitabları  oxuculara yaxşı tanışdır.

Nurəngiz Gün 2014-cü ildə dekabrın 20-də 76 yaşında Bakı şəhərində vəfat edib.

Mina RƏŞİD

Oxşar xəbərlər