08.09.2024, 05:41
AZ EN
28.08.2023, 15:29 151

Beynəlxalq festivalda “Ay Laçın” mahnısı

XƏBƏRLƏR
  • Mədəniyyət Nazirliyinin dəstəyi ilə Həştərxan vilayətində tarzən Arslan Növrəsli və onun “Ethno-jazz” qrupu “Kaspiyskie sezonı” adlı klassik incəsənət üzrə beynəlxalq festival çərçivəsində keçirilən “Azərbaycan günü”ndə ölkəmizi uğurla təmsil ediblər.

Qeyd edək ki, “Ay Laçın” xalq mahnısı ölkəmizin işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 26 avqust “Laçın Şəhəri Günü” kimi qeyd olunması ilə əlaqədar repertuara daxil edilib. Gecənin xüsusi mahnısı da elə bu mahnı olub.

Festival Xəzəryanı dövlətlər arasında humanitar sahədə mədəni dialoq və əməkdaşlığın inkişafı üçün səmərəli layihəyə çevrilmək məqsədi daşıyır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər