Tərcümə Mərkəzindən bildirilib ki, dövlət başçısının Azərbaycan dilinin milli dəyər kimi qorunub saxlanılması, dövlət dili statusunun qanunvericilikdə təsbit olunması, işləkliyi və tətbiqi əhatəsinin genişlənməsi istiqamətində imzaladığı fərman və sərəncamlarla yanaşı, müxtəlif görüşlərdə, tədbir və mərasimlərdə dil və ədəbiyyat haqqında səsləndirdiyi fikirləri, nitq və çıxışları toplanmış kitab “Heydər Əliyev Azərbaycan dili haqqında”, “Azərbaycan dili rəsmi sənədlərdə”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı fəsillər, eləcə də siyasi xadimin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən zəngin “Fotoalbom”la təqdim edilib.
Nəşrin layihə rəhbəri və ön sözünün müəllifi Xalq yazıçısı Afaq Məsud, redaktoru Yaşar Əliyevdir. (AZƏRTAC)