Açılış mərasimində tanınmış sənətşünaslar, mədəni-ictimai xadimlər, millət vəkilləri, media mənsubları və digər qonaqlar iştirak edib.
Çıxış edənlər Lalə, Toğrul, İsgəndər Sərdarlıların yaradıcı baxışı barədə fikirlərini bölüşüblər.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Sərdarlılar ailəsinin yaradıcılığını əsl mədəni sərvət adlandırıb: "Mən etiraf edim ki, bu qəbildə sənət nümunələri dünya praktikasında da azdır".
İsgəndər Sərdarlı isə ailəsinin əsərlərini tarixi-mədəni keçmişimizə nəzər salmaq və yaşatmaq niyyəti ilə yaratdıqlarını qeyd edib.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Hazırladı: Mina RƏŞİD