13.11.2025, 23:00
AZ EN
13.11.2025, 17:41 43

Xidmət rəisi: Azad edilmiş ərazilərdə 155 abidənin inventarlaşdırılması mümkün olmayıb

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərdə dövlət mühafizəsində olan 749 abidədən 155 abidədə inventarlaşdırılma işlərinin aparılması mümkün olmayıb.

Bunu müsahibəsində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.

Xidmət rəisinin sözlərinə görə, inventarlaşdırılmayan abidələrin əksəriyyəti təhlükəsizlik baxımından riskli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir.

“Həmçinin arxeoloji abidələrin yerlərinin müəyyənləşdirilməsi üçün yetərli məlumatların olmaması, eləcə də işğaldan əvvəlki dövrlərə aid siyahılarda abidələrin ünvanlarının dəqiq göstərilməməsi inventarlaşdırılma işlərinin aparılmasında çətinlik törədir. Onu da qeyd edim ki, 2025-ci ilin sentyabr-oktyabr aylarında inventarlaşırma işləri davam etdirilib və bu dəfə 54 abidə monitorinq edilib”, - Səbinə Hacıyeva vurğulayıb. (APA)

Oxşar xəbərlər