Ordumuzun leytenantı İlyas Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı bir döyüşçü kimi Murovdağ zirvəsi, Cəbrəyıl rayonu və Hadrut qəsəbəsinin azad edilməsində əsl fədakarlıq nümayiş etdirib. O, oktyabrın 14-də Füzuli döyüşləri zamanı qəhrəmanlıqla şəhadətə ucalıb. Şəhidimiz Qusar rayonunda böyük bir izdiham və ehtiramla torpağa tapşırılıb.
İlyas Niftəliyev 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilmişdi. Ölümündən sonra isə Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edildi.
Şəhidin anası İradə Niftəliyeva deyir ki, oğlunun ən böyük arzusu torpaqlarımızın azadlığı və onun uğrunda şəhid olmaq idi...
İlyasın atası Güloğlan kişi də, Birinci Qarabağ Müharibəsinin iştirakçısıdı. O, oğlu ilə qürur duyduğunu söyləyir. Deyir ki, bizim yarımçıq qalmış vəzifəmizi indiki nəsil böyük zəfərlə tamamladı.
İlyas Vətən uğrunda şəhadətə ucalanda cəmi 21 yaşı vardı. Amma o, bu yaşda Zərər tariximizi yazanlardan biri oldu. Gənc ömrünü Vətənə və bizə bağışladı...
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, İlyas balamız!
Mina RƏŞİD