20.10.2024, 07:33
AZ EN
07.04.2023, 07:30 267

Bu gün Ümumdünya Sağlamlıq Günüdür

XƏBƏRLƏR
  • Bu gün Ümumdünya Sağlamlıq Günüdür. Bu əlamətdar günün yaranması 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması ilə bağlıdır. O vaxtdan dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub.

1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il 7 aprel tarixində qeyd olunur və ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir.

Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır. Sağlam yaşlanmaq beynəlxalq ictimai səhiyyə proqramının gündəliyində prioritet məsələyə çevrilir. Bu həyatın ilkin mərhələlərindəki sağlamlıqla əlaqədardır və sağlam yaşlanma bir çox amillərdən asılıdır. Fərdin bioloji sisteminin funksional imkanları ömrün ilk illərində formalaşır, ilkin yetkinlik dövründə ən yüksək səviyyəyə çatır və bundan sonra təbii olaraq zəifləməyə başlayır. Yaşlanma harada yaşamasından, cavan və ya qoca, kişi və ya qadın, zəngin və ya kasıblığından asılı olmayaraq, hər bir insanı düşündürür. İqtisadiyyatın qloballaşdığı, texnologiyanın sürətlə inkişaf etdiyi, urbanizasiyanın artdığı, ailə modellərinin dəyişdiyi XXI əsrdə ən böyük sosial dəyişikliklərdən biri də əhalinin yaşlanması məsələsidir. Dünyada yaşlı insanların ümumi sayı bütün həyatı boyu davranışları və məruz qaldığı təsirlərlə müəyyən edilir. Buraya onun qidalanması, fiziki aktivlik səviyyəsi və sağlamlıqla bağlı risklərə məruz qalması (məsələn, siqaret çəkmək, spirtli içkilərdən sui-istifadə və ya zəhərli maddələrin təsirinə məruz qalmaq) halları da daxildir.

Mina RƏŞİD

Oxşar xəbərlər