18.01.2026, 10:15
AZ EN
08.12.2025, 14:32 231

Millət vəkili sakinlərlə növbəti görüş keçirib

XƏBƏRLƏR
  • Millət vəkillərinin seçicilərlə mütəmadi görüşləri onların sosial rifahı və gündəlik qayğılarının dinlənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan Milli Məclisin deputatı Ceyhun Məmmədovun Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının binasında keçirdiyi növbəti vətəndaş qəbulu da sakinlərin müxtəlif sahələr üzrə problemlərinin dinlənilməsi və onların həlli istiqamətində atılan praktik addımların tərkib hissəsidir.

Hər bir müraciətin mahiyyəti dəqiqliklə qeydə alınıb və operativ şəkildə icraata yönləndirilməsi üçün zəruri addımlar müəyyən olunub.

C.Məmmədov vurğulayıb ki, qaldırılan məsələlərin araşdırılması və həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə aparılacaq. Hər bir vətəndaş müraciəti üzrə fərdi qaydada baxış keçiriləcək və prosesin gedişatı nəzarətdə saxlanılacaq.

Millət vəkili sonda qeyd edib ki, sakinlərimizin rahatlığı və rifahının təmin olunması fəaliyyətimizin əsas prioritetlərindən biri olaraq qalır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər