22.11.2024, 07:41
AZ EN
19.07.2023, 11:52 227

Komitə sədri: Zəngilan və Füzulidə Ailə mərkəzi, Laçında isə Resurs mərkəzi yaradılacaq

XƏBƏRLƏR
  • Şəhid ailələri və qazilər hər zaman diqqətdə saxlanılır və qayğı ilə əhatə olunurlar. Həssas qrupdan olan və psixo-sosioloji dəstəyə ehtiyacı olan 104 ailə komitə tərəfindən ziyarət edilib və iki mindən çox uşağa psixoloji yardım göstərilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu fikirləri iyulun 19-da komitənin cari ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş mətbuat konfransı zamanı səsləndirib.

Ailə və Resurs mərkəzlərinin fəaliyyətindən və gördüyü işlərin əhəmiyyətindən danışan komitə sədrinin sözlərinə görə, Zəngilan və Füzulidə Ailə mərkəzi, Laçında isə Resurs mərkəzi yaradılacaq.

Bahar Muradova diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” bu il başa çatır. O, bununla bağlı ölkəmizdə beynəlxalq konfrans keçiriləcəyini bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR