27.07.2024, 09:30
AZ EN
01.04.2023, 19:00 97

Qəhrəman qazi

XƏBƏRLƏR

İnsan öz həyatında xəyallar qurar, nəyisə arzular. Bunlar təbiidir. Amma bu arzuların, xəyalların içində bir gerçəklik də var. Bu, arzuların Tanrı tərəfindən qəbuludur. Bu mənada söhbət açacağım adam Şahməddin Heybətovdur. 11 yanvar 1997-ci ildə anadan olmuş Şahməddin Ağdam rayonunun Paşabəyli kəndində fəaliyyət göstərən kənd tam orta məktəbində orta təhsil almışdır. Həqiqi hərbi xidmətə çağırılmış Şahməddin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarında xidmət etmişdir. MAHHXHQ da kiçik çavuş kimi xidmət edən Məhərrəm Tərtər, Suqovuşan, Gülüstan istiqamətində vuruşmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Ş.Heybətov "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir. Qazimiz III dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər