10.06.2025, 00:39
AZ EN
13.07.2023, 14:23 244

"Qarabağ Dirçəliş Fondu"na ianə edillən texnikalar işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərində geniş istifadə olunur

XƏBƏRLƏR
  • İşğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərində pul vəsaiti ilə yanaşı texniki vasitələrə də ehtiyac duyulur.

"Qarabağ Dirçəliş Fondu"nun məlumatında bildirilir ki, buna görə də "Qarabağ Dirçəliş Fondu"nun bəzi donorları Qarabağda həyata keçirilən layihələrin icrası üçün texniki vasitələr və digər zəruri avadanlıqlar ianə edirlər.

Belə ki, "Qarabağ Dirçəliş Fondu"nun donoru olan “İmprotex” şirkətlər qrupu tərəfindən bir ədəd “JAC N120” şassisi üzərində quraşdırılmış “Platepower 10” üst qurğulu tullantı daşıma avtotexnikası, bir ədəd həmin şirkətin istehsalı olan 5 tonluq mobil yanacaqdoldurma məntəqəsi, 10 tonluq mobil yanacaqdoldurma çəni və yanacaqdoldurma məntəqələrinin daşınması üçün bir ədəd “Hattat” markalı traktor şirkətin nümayəndələri ilə birlikdə Şuşada aparılan bərpa-quruculuq və abadlıq işlərinə töhfə vermək məqsədilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təhvil verilib.

Eyni zamanda "Qarabağ Dirçəliş Fondu"nun donorlarının biri tərəfindən ianə edilən “Mitsubishi L-200” markalı pikap avtomobili Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinə, Veysəloğlu Şirkətlər Qrupu tərəfindən ianə edilən “İsuzu” FSR 90 L şassi üzərində 10 tonluq su çəni (ön və arxa şırnaq, yüksək təzyiqli su kəməri, dolma və təzyiqli sulama nasosu ilə birgə) “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-ə təhvil verilib.

Hazırda "Qarabağ Dirçəliş Fondu"na ianə edilən texnikalar işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işlərində geniş istifadə olunur.

"Qarabağ Dirçəliş Fondu" işğaldan azad edilən ərazilərin bərpası üçün həm pul vəsaiti, həm də texnikalar ianə edən bütün tərəfdaşlarına təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin təşkili və sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər