Bu sözləri “Əziz Şuşa” beynəlxalq velosiped yarışı zamanı jurnalistlərə müsahibəsində Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun üzvü Elçin Əsədov bildirib. O qeyd edib ki, yarışın birinci mərhələsinin qalibi olmaq çox gözəl hissdir.
“Əziz Şuşamıza 30 ildən sonra qayıtmaq və orada keçirilən yarışda iştirak etmək bizi sözlə ifadə edilməyəcək dərəcədə sevindirir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Əsgərlərimiz dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, qayalara yalın əllə dırmaşaraq bu qədim Azərbaycan şəhərini işğalçılardan azad etdilər. Biz isə doğma diyarımıza velosipedlə gedəcəyik. Çalışacağıq ki, yarışda qalib gəlib Azərbaycan bayrağını ucaldaq”, - deyə Elçin Əsədov əlavə edib. (AZƏRTAC)